Bia.Az

Parlament 40 yaşdan yuxarı şəxslərin orduya çağırılmasına səs verdi

Dünya
 26-05-2022, 15:37     363

Rusiyada müqaviləli hərbi xidmət yaşının artırılmasını nəzərdə tutan qanun layihəsinin parlamentdə qəbulu proseduru başa çatıb.

Novator.az saytı xəbər verir ki, parlamentin aşağı palatasının – Dövlət Dumasının qəbul etdiyi layihə mayın 25-i yuxarı palatadan – Federasiya Şurasından da keçib.
Bundan sonra qanun imzalanması üçün prezident Vladimir Putinə göndəriləcək. Dövlət başçısı təsdiqləyəndən sonra qanun qüvvəyə minəcək.
Hələlik qüvvədə olan qanunvericiliyə görə, Rusiyanın 18-40 yaş arası vətəndaşları müqavilə əsasında hərbi qulluğa qəbul oluna bilərlər. Əcnəbilər üçün isə yaş həddi 18-30 arasıdır.
Parlamentin aşağı və yuxarı palatalarının qəbul etdiyi yeni qanunda 40 yaşdan yuxarı şəxslərə də (həm Rusiya vətəndaşlarına, həm əcnəbilərə) müqaviləli hərbi xidmət hüququ verilir.
Yaş həddinin artırılması daha təcrübəli, daha yüksək səviyyəli mütəxəssislərin orduya cəlb olunması zərurəti ilə əsaslandırılır.
Qərb mediası isə bunu Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirir. Üç aydan çoxdur davam edən müharibədə Rusiyanın ciddi müqavimətlə üzləşdiyi, ona görə 40 yaşdan yuxarı şəxsləri orduya yığmaqla Rusiyanın həm də Ukrayna döyüşlərində mövqelərini möhkəmlətməyə çalışdığı iddia edilir.
2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq hər iki ərazidə separatçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk vilayətlərində qurulmuş rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır.скачать dle 12.1