Bia.Az

Ekvadorda həbsxanada iştişaş - 100-dən çox məhbus qaçıb, 43 nəfər ölüb

Dünya
 10-05-2022, 12:02     225

Ekvadorda Santo Dominqo de los Tsaçilas şəhərindəki Bellavista həbsxanasında ötən gün səhər saatlarında başlayan iğtişaşlar zamanı 100-dən çox məhbus həbsxanadan qaçıb.

Avropa.info xəbər verir ki, bu barədə Ekvador prokurorluğu "Tvitter" səhifəsində yazıb.

Qeyd edilib ki, iğtişaşlar zamanı 43 məhbus ölüb. "Qiyamın son saatlarında 100-dən çox məhbus itkin düşüb”, – Prokurorluq bildirib.
Ekvadorun daxili işlər naziri Patrisio Kastillo təhlükəsizlik tədbirləri sayəsində 112 məhbusun qaçmasının qarşısı alındığını bildirib.
Nazir bildirib ki, həbsxanada vəziyyət tamamilə hərbçilərin nəzarəti altındadır, fərarilərin tutulması üçün əməliyyata başlanılıb.
Nazir qeyd edib ki, axtarışlar nəticəsində kameralardan odlu silah və kəsici-deşici əşyalar götürülüb.

Ekvadorda 30 min nəfərlik 65 həbsxanada 39 minə yaxın məhbus və məhkum var.

Dəstələr arasında vaxtaşırı atışmalar insanların ölümü ilə nəticələnən iğtişaşlarla nəticələnir.

Ötən ildən bəri ölkədə quldur dəstələri arasında baş verən toqquşmalar nəticəsində 400-dən çox məhbus həlak olub.скачать dle 12.1