Bia.Az

“O, satqın kimi həbs edilməlidir” - Paşinyanın həbsi tələb olunur

Dünya
 26-04-2022, 17:08     220

44 günlük müharibədə öldürülmüş erməni hərbçisi Menua Hovhannisyanın anası və “5165” hərəkatının lideri Karin Tonoyan Baş nazir Nikol Paşinyandan prokurorluğa şikayət ediblər.

"AzPolitika.info" erməni mediasına istinadən xəbər verir ki, onlar Baş nazirin satqın kimi həbs edilməsini tələb edirlər. İrəvanda müharibədə öldürülmüş hərbçi ailələrinin təşkil etdiyi etiraz aksiyasında Tonayan bildirib ki, Paşinyan vətənə xəyanət edib, onun barəsində cinayət işi başlanmalıdır. "Bütün günahkarların məsuliyyətə cəlb olunmasını səbrsizliklə gözləyirik. Mən məhkəmədə iştirak etmək və bunu öz gözlərimlə görmək istəyirəm", - o vurğulayıb.

Tonoyan iddia edib ki, Azərbaycan Ordusunun hücumu barədə konkret məlumatlar daxil olub, lakin məsul şəxslər fəaliyyətsiz olub və nəticədə minlərlə insan həlak olub. O, hüquq-mühafizə orqanları bu məsələ ilə məşğul olmasa, hərbçilərin ölümündə günahkar olanların hamısını cəzalandıracağına söz verib.скачать dle 12.1