Bia.Az

ABŞ rəsmilərindən Ukraynaya yeni silah-sürsat vədi - Ostin və Blinken səfərdən razı qalıblar

Dünya
 25-04-2022, 12:12     215

ABŞ Dövlət katibi Entoni Blinken və Müdafiə naziri Lloyd Ostin Ukraynaya səfər zamanı bu ölkəyə əlavə olaraq 700 milyon dollardan artıq birbaşa və dolayısı ilə hərbi yardım vəd ediblər.

"AzPolitika.info" Qərb informasiya agentliklərinə istinadən xəbər verir ki, bu pulun yarısı Ukraynaya gedəcək, qalanı NATO üzvləri və regiondakı digər müttəfiqlər arasında bölünəcək. Bundan başqa Vaşinqton Kiyevə 165 milyon dollarlıq sursat satacaq.

Qeyd edək ki, ABŞ-ın iki yüksək rütbəli rəsmisinin səfəri onlar Ukrayna ərazisini tərk edəndən sonra təsdiqlənib. Blinken səfərdən sonra deyib ki, Rusiya müharibədəki hədəflərinə çatmır, Ukrayna isə müvəffəq olur.

Ad - 00:26Polşa-Ukrayna sərhədi yaxınlığında jurnalistlərə danışan Blinken deyib ki, Ostinlə birlikdə Polşadan Ukraynaya qatarla gedib. Ostin Kiyevə səfəri “çox məhsuldar, məşğul” adlandırıb.

Prezident Co Bayden ötən il hakimiyyətə gələndən Birləşmiş Ştatlar Ukraynaya 4 milyard dollarlıq hərbi yardım verib. Ötən həftə isə 800 milyon dollarlıq yeni yardım paketi açıqlanıb.скачать dle 12.1