Bia.Az

“Luqansk və Donetskdən sonra əməliyyatlar Kiyevdə davam edəcək” - Kadırovdan ziddiyətli açıqlamalar

Dünya
 11-04-2022, 12:56     216

Rusiya və Ukrayna rəsmilərinin İstanbuldakı görüşündən sonra rus qüvvələri Kiyev ətrafından geri çəkilərək, Ukraynanın şərqində cəmləşməyə başlayıb. 

Rus rəsmiləri də öz açıqlamalarında Rusiyanın Kiyev ətrafından çəkildiyini, Luqansk və Donetsk vilayətlərində əməliyyatların davam edəcəyini təsdiqləyiblər.

Çeçenistan Muxtar Vilayətinin lideri Ramzan Kadırov isə bu barədə ziddiyyətli açıqlamalar verib.

“AzPolitika.info xarici KİV-lərə istinadla xəbər verir ki, Kadırov özünün telegram hesabından paylaşım edərək, Rusiyanın yaxın günlərdə paytaxt Kiyev və Ukraynanın digər şəhərlərində hərbi əməliyyatlara başlayacağını bildirib:

 “Əvvəlcə Luqansk və Donetsk vilayətləri tam azad ediləcək. Sonra isə Kiyevi və digər şəhərləri ələ keçirməyə başlayacağıq. Sizi əmin edirəm ki, Rusiya bir addım belə geri çəkilməyəcək. Hücumlar təkcə Mariupolda deyil, digər şəhər və kəndlərdə də davam edəcək”.скачать dle 12.1