Bia.Az

Həbsdəki jurnalistlərin sayı rekord həddə çatıb

Dünya
 10-12-2021, 15:24     225

Dünyada jurnalist fəaliyyətinə görə həbsdə olanların sayı rekord həddə çatıb. Novator.az xəbər verir ki, bunu dekabrın 9-da Jurnalistləri Müdafiə Komitəsi açıqlayıb.

Komitə bəyan edib ki, hazırda dünyada 293 jurnalist peşə fəaliyyəti ilə əlaqədar həbsdə saxlanır.

Ötən il belə jurnalistlərin sayı 280 nəfər idi.

Jurnalistlərin ən çox həbs olunduğu ölkə Çindir. Bu ölkənin həbsxanalarında 50 media adamı peşə fəaliyyətinə görə cəza çəkir.
Myanmada 26, Misirdə 25, Vyetnamda 23, Belarusda 19, Türkiyədə 18, Eritreyada 16, Səudiyyə Ərəbistanında 14, Rusiyada 14, İranda 11 jurnalist peşə fəaliyyəti ilə bağlı həbsdədir.

Jurnalistləri Müdafiə Komitəsi vurğulayır ki, bir qayda olaraq media nümayəndələri dövlət əleyhinə cinayətlərdə ittiham olunaraq tutulurlar. Son zamanlar jurnalistlərə internet məkanında yaydıqları materiallara görə kibercinayətkarlıq ittihamlarının verilməsi halları da artıb.

Komitənin məlumatına əsasən, 2021-ci ildə dünyada ən azı 24 jurnalist peşə borcunu yerinə yetirərkən həlak olub. Naməlum şəraitdə həlak olmuş daha 18 jurnalist var ki, onların ölümünün peşə fəaliyyəti ilə əlaqəli olub-olmadığı hələlik müəyyən edilməyib.

Jurnalistləri Müdafiə Komitəsi mərkəzi qərargahı Nyu-York şəhərində yerləşən beynəlxlaq qeyri-hökumət təşkilatıdır.

Mənbə: Dw.comскачать dle 12.1