Bia.Az

Rusiya səfiri Britaniyaya müharibə xəbərdarlığı edib

Dünya
 3-12-2021, 11:25     24

Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin bəyan edib ki, Rusiya ilə Britaniya arasında müharibə riski yaranıb.

Novator.az saytı “The Times” qəzetinə istinadla bildirir ki, Andrey Kelin bu fikrini “Times Radio”ya müsahibəsində Rusiya ilə Ukrayna arasında yaranmış gərginlikdən danışarkən açıqlayıb.
Rusiya son vaxtlar yenidən Ukrayna sərhədi boyunca qoşun cəmləyib. NATO ölkələri buna cavab olaraq Ukrayna ilə həmrəylik nümayiş etdirir.
Britaniya öz sərhədlərində qoşunlarının sayını artırıb və bəyan edib ki, Rusiyanın Avropanın şərqinə, xüsusilə Baltikyanı dövlətlərə təhdidini önləmək üçün gələn il Almaniyaya qoşun göndərəcək. Britaniya on minlərlə hərbçisini Almaniyadan 30 il qabaq – sovet dövründəki “soyuq müharibə” başa çatanda çıxarmışdı. İndi Britaniya hərbçiləri, hərbi texnikası, eləcə də silahların saxlanması və təmiri ilə məşğul olan mülki podratçılar yenidən Almaniyanın mərkəzindəki Zennelager poliqonunda yerləşdiriləcək. Bura İkinci Dünya müharibəsindən sonra Britaniya ordusunun istifadə etdiyi mühüm təlim meydanıdır. Hərbi komandanlıq ümid edir ki, Almaniyada NATO-nun ön xətt bazasının yaradılması Kremli yeni ərazilər ələ keçirmək niyyətindən çəkindirə biləcək.
Səfir Andrey Kelin “Times Radio”ya müsahibəsində xəbərdarlıq edib ki, Rusiya sərhədlərinə get-gedə daha çox yaxınlaşması Britaniyanı müharibəyə sürükləyə bilər: “Durum çox ciddidir. Bir anlıq qığılcım və insident baş verə bilər. NATO Rusiya sərhədlərində hərbi varlığını möhkəmlədir. Baltik dənizində çoxlu manevr həyata keçirilir. Nüvə silahı daşıyan strateji təyyarələr Rusiya sərhədlərinin 20 kilometrliyində uçuşlar edib”.
Səfir Britaniyanın Almaniyada tank briqadası yerləşdirmək qərarının da Moskvanın ciddi narazılığına səbəb olduğunu xatırladıb.
Andrey Kelin onu da xəbərdarlıq edib ki, NATO Ukraynaya əlavə qüvvə göndərsə Moskva bunu Rusiyaya hücum təhlükəsi kimi dəyərləndiriləcək.
Mənbə: Thetimes.co.ukскачать dle 12.1