Bia.Az

Prezident kürsüsünü qorudu

Dünya
 22-11-2021, 11:13     19

Bolqarıstanda prezident seçkisinin ikinci turunun ilkin nəticələri açıqlanıb.


Novator.az-ın məlumatına görə, noyabrın 21-də keçirilmiş seçkidə Sosialist Partiyasının namizədi, indiki dövlət başçısı Rumen Radev 67 faizə yaxın səs alaraq GERB Partiyasının namizədi, Sofiya Universitetinin rektoru Anastas Qerdcikovu üstələyir.

1963-cü il təvəllüdlü Rumen Radev 2016-cı il noyabrın 13-də prezident seçilib, 2017-ci il yanvarın 22-də səlahiyyətlərinin icrasına başlayıb.
Parlament respublikası olan Bolqarıstanda prezident dövlət başçısı funksiyasını yerinə yetirir.скачать dle 12.1