Bia.Az

Rusiya Krımda yeni desant alayı yaradır

Dünya
 19-11-2021, 14:26     225

Rusiya ilhaq etdiyi Krım yarımadasında yeni desant alayı yaradır.

Novator.az saytı “Reuters” agentliyinə istinadla bildirir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu 56-cı desant-hücum birqadasının Krımda daimi dislokasiya məntəqəsi formalaşdıracağını hələ mart ayında bəyan etmişdi.
56-cı desant-hücum birqadası Rusiyanın Volqoqrad vilayətində yerləşir.
“Reuters” agentliyi briqadanın Krımda yeni alayının yaradılması prosesinin bu il dekabrın əvvəlinə başa çatacağını xəbər verir.
2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişib, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyib. Bundan dərhal sonra Rusiya ordusu Ukraynanın Krım yarımadasını zəbt edib. Martın 16-da Krımın Rusiyaya birləşməsi üçün qanunsuz referendum keçirilib. Krımın hakim dairələri əhalinin guya 96.77 faizinin Rusiyaya birləşməyə razı olduğunu bəyan edib. Martın 18-də Kremldə Krımın və yarımadanın cənub-qərbindəki Sevastopol şəhərinin Rusiyaya birləşməsi haqqında razılaşma imzalanıb.
Qərb bu ilhaqı tanımayıb və cavab olaraq Rusiyaya sanksiyalar tətbiq edib.
Ukrayna parlamenti 20 fevral 2014-cü ili rəsmən Krımın müvəqqəti işğal tarixi elan edib.
Rusiya Krımı ilhaq etməklə bərabər Donbasda iki separatçı rejimin əli ilə Ukraynanın bu bölgəsinin də bir hissəsini işğal edib.


Mənbə: 
Reuters.comскачать dle 12.1