Bia.Az

“Beynəlxalq ictimaiyyət Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpasına kömək etməlidir” - Devid Merkel

Dünya
 6-11-2021, 13:08     223

“Beynəlxalq ictimaiyyət Ermənistan və Azərbaycan arasında sülh əldə edilməsinə yardım etmək məsələsində uğursuzluğa düçar olub, 30 ilə yaxın dövrdə bu işin öhdəsindən gələ bilməyib”.

“Report” xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin sabiq müavini Devid Merkel deyib.

Onun fikrincə, indi beynəlxalq ictimaiyyət iki ölkə arasında münasibətlərin inkişafına, eləcə də işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpasına kömək etməyə çalışmalıdır.

“Həmçinin siyasi aspektlər üzərində işləmək lazımdır ki, ölkələr nəhayət, sülh razılaşmasına gəlsinlər. Bu məsələdə ABŞ mühüm rol oynayır, lakin qonşu ölkələr - Türkiyə və Rusiya da buna töhfə verə bilər”, - D.Merkel bildirib.скачать dle 12.1