Bia.Az

Gürcüstanda karantinə alınanların sayı 4 mini ötdü

Dünya
 24-03-2020, 14:16     345

Gürcüstanda karantinə alınanların sayı 4 mini ötdüGürcüstanda koronavirusla bağlı karantində saxlanılanların sayı 4 055 nəfər təşkil edir.

“bia.az”in yerli bürosu xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda yerləşdirilib.

Qonşu ölkədə 57 aktiv koronavirus daşıyıcısı var. Stasionar nəzarətdə 252 nəfər saxlanılır.

Qeyd edək ki, bu günə qədər Gürcüstanda koronavirusa 66 yoluxma halı təsdiqlənib. Yoluxanların 9-u tam sağalaraq evə buraxılıb.скачать dle 12.1