Bia.Az

Yaxın ölkələrin itkiləri

Dünya
 22-10-2021, 11:03     216

Oktyabrın 22-nə olan beynəlxalq statistikaya görə, koronavirus infeksiyası 212 ölkə, ərazi və məkanda 4 milyon 946 minə yaxın adamın ölümünə gətirib.

Novator.az bildirir ki, yaxın ölkələr arasında ən çox Rusiya itki verib: 227389 nəfər.

İranda koronavirusun 124763, Türkiyədə 68472, Ukraynada 63003 qurbanı var.

Qazaxıstanda infeksiya 11879, Gürcüstanda 9617, Moldovada 7386, Ermənistanda 5902, Litvada 5544, Belarusda   4466, Latviyada 2967, Qırğızıstanda 2647, Estoniyada 1444, Özbəkistanda 1300, Tacikistanda 124 nəfərin həyatına son qoyub.

Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı 509862 nəfər, xəstəlikdən vəfat edənlərin sayı 6829 nəfər göstərilir.

2019-cu ilin dekabr ayında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk itki martın 12-də qeydə alınıb.

Mənbə: 
Worldometers.infoскачать dle 12.1