Bia.Az

“Müstəmləkəçilikdən əvvəl əlcəzair milləti olubmu?” — Makronun sözləri qalmaqal yaratdı

Dünya
 4-10-2021, 02:49     12

Fransa prezidenti Əlcəzair müharibəsi veteranlarının nəsil-nəcabəti ilə görüşündə Əlcəzairin dövlətçiliyini şübhə altına alıb və keçmiş müstəmləkə hakimiyyətini tarixi yenidən yazmaqda günahlandırıb. Əlcəzairdə bu sözlər daxili işlərə müdaxilə və Fransa müstəmləkə qoşunları tərəfindən həyata keçirilən yerli tayfaların soyqırımını gizlətmək cəhdləri kimi qarşılanıb. Afrika Respublikası səfirini Parisdən geri çağırıb və Fransa təyyarələrinin öz hava məkanında uçmasını qadağan edib.

Əlcəzairlə Paris arasında diplomatik qalmaqal alovlanır və bu artıq real nəticələrə gətirib çıxardı. Hər şey keçən cümə axşamı prezident Emmanuel Makronun Əlcəzairin müstəqilliyi uğrunda döyüşənlərin nəslinin nümayəndələri ilə görüşündən başladı (keçmiş müstəmləkə Fransa müstəmləkə qoşunları ilə səkkiz illik qanlı müharibədən sonra 1962-ci ildə suverenliyini elan edib – red.).

BİA.az xəbər verir ki, sentyabrın 30-da Makron Yelisey sarayında əcdadları Əlcəzair müharibəsində şəxsən iştirak edən 18 gənc üçün şam yeməyi təşkil edib. “Le Monde” qəzeti yazır ki, söhbət əsnasında prezident müstəqillik qazandıqdan sonra Əlcəzairin “indi həqiqətə deyil, Fransaya qarşı nifrət ritorikasına əsaslanan rəsmi tarixi tamamilə yenidən yazdığını” söyləyib.
Makron 1962-ci ildən sonra Əlcəzair dövlətçiliyinin “xatirə təməli” üzərində qurulduğunu və tarixin yenidən yazılmasının Parislə keçmiş müstəmləkəsi arasında məsafə saxlanmasıyla nəticələndiyini əlavə edib: “Əlcəzairin millət olaraq yaranması izlənilməli bir prosesdir. Fransız müstəmləkəçiliyindən əvvəl Əlcəzair milləti olubmu? Sual budur”.
Makronun sözləri Əlcəzairdə sərt reaksiyaya səbəb olub. Afrika ölkəsinin hakimiyyəti bu cür bəyanatların daxili işlərə qəbuledilməz müdaxilə nümunəsi olduğunu söyləyib. “Bu sözlər Fransa müstəmləkə istilasına və şanlı milli azadlıq inqilabına qarşı qəhrəmancasına müqavimət göstərərkən canlarını qurban vermiş 5 630 000 cəsur şəhidin xatirəsinə dözülməz bir hücumdur”, – deyə APS yerli xəbər agentliyi Əlcəzair Prezident Administrasiyasının mətbuat xidmətinin bəyanatından sitat gətirir.
Əlcəzair dövlət başçısının kabineti bəyan edib ki, müstəmləkəçi Fransanın Əlcəzairdəki cinayətləri saysiz-hesabsızdır, bunlar soyqırım nümayişidir və buna heç cür haqq qazandırıla bilməz. Bunları ölkəni yağmalamaq, yaşayış məntəqələrini dağıtmaq, yerli qəbilələri məhv etmək və qırğını gizlətmək cəhdləri olaraq dəyərləndirən Əlcəzair hökuməti Fransanın müstəmləkə dövrləri üçün “darıxdığını” bildirib: “Eyni zamanda Əlcəzair dövlətçiliyinin qurulmasına dair səthi və qərəzli qiymətləndirmələr yalançı hegemonik konsepsiyanın bir hissəsidir və bu, heç bir vəchlə Əlcəzairin dövlətlərin suveren bərabərliyinə inamıyla uyğun gəlmir”.
Bununla əlaqədar olaraq, prezident Abdülməcid Tebbun Əlcəzairin Fransadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb. Lakin Əlcəzairin reaksiyası bununla bitməyib. “Reuters”in öz mənbələrinə istinadən verdiyi məlumata görə, Əlcəzair hava sahəsini Fransa hərbi təyyarələri üçün bağlayıb.
“Əl-Cəzirə” agentliyi Fransa silahlı qüvvələrinin rəsmi nümayəndəsi Paskal Yanniyə istinadən oktyabrın 3-də səhər saatlarında ölkənin Müdafiə Nazirliyinin Əlcəzair üzərindən iki uçuş üçün müraciət etdiyini və əlcəzairlilərdən rədd cavabı aldığını yazır. Hərbi bazaları Qabon, Seneqal və Cibutidə yerləşən Fransanın həmçinin Mali, Çad, CAR, Somali və Fildişi Sahilində də əsgərləri var. Avropa ölkəsinin ordusu Əlcəzairin səmasını qapamasının Fransanın Sahel bölgəsindəki hərbi əməliyyatlarına təsir etməyəcəyini bildirib.
Əlcəzairlə Paris arasındakı gərginlik hələ Makronun sözlərindən əvvəl başlamışdı: sentyabrın 29-da Fransa hökuməti əlcəzairlilərə viza verilməsini iki dəfə azaltmaq qərarına gəldi. Mərakeş və Tunis sakinlərinə 30% daha az viza verilməyə başlandı. Fransa Xarici İşlər Nazirliyi addımını bu ölkələri aralarında radikal islamçıların da olduğu Avropadan deportasiya edilmiş vətəndaşlarını qəbul etməyə məcbur etmək istəyi ilə izah etdi.
Viza verilməsini azaltmaq qərarına cavab olaraq Əlcəzair Xarici İşlər Nazirliyi çərşənbə günü Fransa səfirini çağıraraq ona etiraz notası verdi. Afrika ölkəsində Parisin qərarını görünməmiş və əsassız sayırlar./Moderator.azскачать dle 12.1