Bia.Az

11 sentyabr terroru ilə bağlı yeni xəbər: 20 il sonra üzə çıxdı

Dünya
 8-09-2021, 11:36     260

2001-ci ildə ABŞ-da törədilən silsilə terror aktları ilə bağlı yeni məlumat üzə çıxıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, teraktlardan 20 il sonra hadisə qurbanlarından daha 2 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

Faciə qurbanlarından birinin adının Doroti Morqan olduğu bildirilsə də, digər şəxsin kimliyi ailəsinin istəyi ilə gizli saxlanılıb.

Bununla da silsilə terror aktları nəticəsində şəxsiyyəti müəyyənləşdirilən şəxslərin sayı 1647-yə çatıb.

Qeyd edək ki, Əl-Qaidə terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı silsilə terror aktları həyata keçirilib. Rəsmi məlumatlara görə, hücumlar nəticəsində 3 minə yaxın mülki vətəndaş həlak olub, 6 min şəxs yaralanıb.

Terror qurbanlarından 1106 nəfərin şəxsiyyəti hələ də müəyyənləşdirilə bilməyib.скачать dle 12.1