Bia.Az

"Hər ABŞ əsgəri üçün Əfqanıstandakı 1 şəhər yer üzündən silinməlidir" - Şok açıqlama

Dünya
 27-08-2021, 12:23     16

"Öldürülən hər ABŞ əsgəri üçün Əfqanıstandakı 1 şəhər yer üzündən silinməlidir".

Bu sözləri ABŞ-lı xəbər spikeri, “FOX News” radiosunun aparıcısı Todd Starnes tvitter səhifəsində yazıb. O, gələn tənqidlərdən sonra növbəti dəfə paylaşım etmək məcburiyyətində qalıb:

“Əgər Talibanı bu cür bir dillə təhdid etməsəniz, cinayətlər davam edəcək. Pisliklə amansız şəkildə mübarizə aparılmalıdır”.

Qeyd edək ki, ötən gün Əfqanıstanın paytaxtı Kabildə ardıcıl 6 partlayış baş verib. Hadisə nəticəsində 13 ABŞ əsgəri həlak olub, 18-i isə yaralanıb. Ölənlərdən 28-i Taliban üzvüdür. Ölənlərin ümumi sayı 90-a, yaralıların sayı isə 150-yə çatıb.скачать dle 12.1