Bia.Az

Bu ölkə ordusunu Əfqanıstanda saxlamaq istəyir

Dünya
 25-08-2021, 10:08     16

Kanada G7 tərəfdaşlarına avqustun 31-dən sonra Əfqanıstandakı qoşunlarını saxlamağa hazır olduğunu açıqlayıb.
"Xarici KİV xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo deyib.

"Kanada müəyyən edilmiş son tarixdən - 31 avqustdan sonra da qoşunlarını Əfqanıstanda saxlamağa hazırdır", - Trüdo bildirib.

Xatırladaq ki, avqustun 23-də “Taliban” qruplaşması ABŞ qoşunlarının ölkəni tərk etməsi üçün son tarixi açıqlayıb.

“31 avqust ABŞ-ın Əfqanıstandan çıxması üçün son tarixdir”, - qeyd edilib.скачать dle 12.1