Bia.Az

İran-Türkiyə sərhədindəki vəziyyətə sürücülər etiraz edir - VİDEO

Dünya / Bia Tv
 24-08-2021, 09:00     975

İran-Türkiyə sərhədində yerləşən “Bazərqan” sərhəd-keçid məntəqəsində yük maşınlarının kilometrlərlə uzanan növbələri yaranıb.

Bu barədə “Azad İran” Teleqram kanalı məlumat paylaşıb.

Yaranan acınacaqlı vəziyyətə etiraz edən narazı sürücülər deyir: “Növbənin uzunluğu təxminən 10 kilometrə çatır və hər bir yük maşınının gömrük terminalından və sərhəddən keçməsi 10 gün çəkir. Gömrüyün maşın parkı isə doludur. Biz sürücülərin günahı nədir......?!”

Onlar habelə səlahiyyətli orqanlara səsləniblər: “Əgər belə bir sadə işin öhdəsindən gələ bilmirsinizsə, istefa verin...”.

<embed width="640" height="360" src="https://player.olke.az?v=1949&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>скачать dle 12.1