Bia.Az

Ərdoğan seldən zərər görən bölgəyə gedir

Dünya
 13-08-2021, 13:05     228

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seldən zərər görən bölgəyə gedir.

“CNN Türk” xəbər verir ki, Ərdoğan iki gündür təbii fəlakətə qarşı mübarizə aparan Kastamonunun Bozkurt adlı bölgəsinə yollanıb.

Bildirilir ki, ölkə Prezidenti burada ilk olaraq cümə namazı qılacaq. Ardınca isə vətəndaşlara müraciət edəcək.

Həmçinin, bölgədə keçiriləcək koordinasiya iclasına Ərdoğanın başçılıq edəcəyi gözlənilir.скачать dle 12.1