Bia.Az

Koronavirus həyatımızın ayrılmaz hissəsinə çevriləcək... - Alimlərin rəyləri

Dünya
 9-08-2021, 14:16     241

London Universitet Kollecinin Genetik İnstitutunun direktoru və Texas Universitetinin rəsmisi 2 ildir həyatımızda olan pandemiyanın bitib-bitməyəcəyi ilə bağlı sualları cavablandırıb.

Xarici KİV xəbər verir ki, təhsil müəssisəsinin direktoru Françoiz Balloks bu suala “demək olar ki” cavabını verib.

Professor Balloks Avropada bəzi dalağalanmaların olacağını ehtimal edib. O bildirib ki, Birləşmiş Krallıq da daxil olmaqla vaksinasiya səviyyəsinin yüksək olduğu ölkələrdə virusun pandemiya mərhələsinin yazda başa çatacağından əmindir. Professor tunelin ucunda işıq göründüyünü deyib.

Pandemiya ilə bağlı məlumatların yer aldığı “Our World in Data” platformasındadakı statistikaya görə Birləşmiş Krallıq, Kanada və İspaniya pandemiyadan ən yaxşı qorunan ölkələr siyahısındadır.

Texas Universitetinin COVID-19 Modelləşdirmə Konsorsiumunun Direktoru Lauren Ansel Meyers isə hələlik kütləvi immunitetin insanları qorumadığıni düşünür.

Meyersin fikrincə, yoluxuculuq qabiliyyəti yüksək olan “Delta” variantı burada önəmli rol oynayır.

Hələlik dünya əhalisinin 85%-nin peyvəndlənmədiyini deyən Meyers, peyvəndlənənlərin də yoluxma ehtimalı olduğunu nəzərə alaraq kütləvi immunitet qazanılmasının mümkünsüz olduğu qənaətindədir.

Dolayısı ilə mövcud vaksinlər daha əvvəlki variantalara təsir edərək kütləvi immunitet qazandırsa da, “Delta” ştammının daha yoluxucu olduğu görünür.

Meyersin fikrincə, qlobal miqyasda COVID-19-un bitməsinə yetəcək səviyyədə immunitetə sahib olmağımız çox da inandırıcı deyil.

Professor Balloks isə koronavirusun digər 200 tənəffüs infeksiyası ilə birgə mövsümi xəstəlik olacağını deyib. O bildirib ki, ancaq bu virusun yüngül soyuqdəymə, yoxsa ağır qrip şəklində olacağını indidən demək çətindir.

F.Balloks hesab edir ki, peyvəndlər təsirli olsa belə, böyük ehtimalla, hər kəs bu virusa bir dəfədən çox yoluxacaq.

L.A.Meyers indi və gələcəkdə dalğalanmalara qarşı maska taxan, test verən və sosial məsafəni təmin edəcək ölkələrin koronavirusla ən yaxşı mübarizə aparacaq ölkələr siyahısında olduğunu söyləyib.

Yəni COVID hələ bitməmiş olsa da, elə nəticəyə gəlmək olar ki, ümid var.скачать dle 12.1