Bia.Az

Türkiyədəki yanğınlarla bağlı ilk həbs: 16 yaşı var

Dünya
 4-08-2021, 11:25     202

Manavqat prokurorluğu Türkiyənin Antalya şəhərinin Manavqat bölgəsində baş verən meşə yanğınları ilə bağlı araşdırma aparıb.

Türkiyə mətbuatı xəbər verir ki, araşdırma zamanı təhlükəsizlik kamerası incələnib və toplanmılmış sübutlar əsasında 28 iyulda yanğını törətməkdə təqsirli bilinən 16 yaşlı C.Y. saxlanılıb.

Prokurorluqda 4 gün dindirilən C.Y ittihamları rədd etsə də, dəlillərə etiraz edə bilməyib.
Onun törətdiyi yanğın nəticəsində Manavqatın Kavaklı və Sarılar məhəllələrində, mebel sexində, bəzi evlərdə və meşəlik ərazilərin yanğdığı müəyyənləşdirilib.

Bu gün hakim qarşısına çıxarılan C.Y. qəsdən meşələri yandırmaq itihamı illə həbs olunub.
Bundan əlavə, Türkiyənin Denizli şəhərində baş verən meşə yanğınları ilə bağlı şəhər prokurorluğu araşdırma aparıb.

Araşdırma nəticəsində yanğını törətməkdə təqsirli bilinən H.E.B dindirilib. Hakim qarşısına çıxarılan şübhəli məhkənmənin qərarı ilə həbs edilib.

Faktla bağlı araşdırmalar davam edir.скачать dle 12.1