Bia.Az

Rusiya: "Əfqanıstanda ABŞ-ın İŞİD-lə əməkdaşlığına dair dəlillər var"

Dünya
 23-07-2021, 11:15     206

“İŞİD terrorçularının fəaliyyət dairəsi içərisində, xüsusilə Əfqanıstanın şimalında  2017-ci ildən bu vaxta qədər qeydə alınan işarəsiz helikopter uçuşları ilə bağlı suallarımız oldu”.
Bunu Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Əfqan mənbələrinə görə, avianəqliyyat vasitələri ilə İŞİD qruplaşmalarına canlı qüvvə, silah-sursat daşınıb, döyüş zonalarından ölü və yaralı terrorçular çıxarılıb” – Zaxarova söyləyib.
XİN sözçüsü bir neçə dəfə səsləndirilən bu məlumatların beynəlxalq təşkilatların diqqətini çəkməsi gərəkdiyini bildirib:
“Əfqanıstan hava sahəsinə tamamilə nəzarət edən  ABŞ və NATO qüvvələrinin məlumatı olmadan bu cür fəaliyyətlər reallaşdırıla bilməzdi. İŞİD-lə qarşıdurmaya girən Taliban mövqelərinə qarşı ABŞ  Hərbi Hava Qüvvələrinin atışları qeydə alınıb. Bu məlumatların ABŞ-la İŞİD terrorçuları arasında əməkdaşlıq olduğunu demək üçün kifayət etdiyinə inanırıq”.скачать dle 12.1