Bia.Az

Nikol Paşinyan deputat mandatından imtina etdi

Dünya
 20-07-2021, 23:30     222

Ermənistan Mərkəzi Seçki Komissiyasının katibi Armen Smbatyan 20 deputatlığa namizəd öz namizədliyini geri götürmək barədə müraciət edib.
“News.am” xəbər verir ki, bu barədə Smbatyan öz Facebook səhifəsində yazıb. MSK katibi qeyd edib ki, iyulun 20-si saat 18:00-dək  20 deputatlığa namizəd öz mandatından imtina edib.

Bunlar “Vətəndaş müqaviləsi” partiyasından olan Lilit Makunç, Suren  Papikyan, Araik Arutyunyan, Nikol Paşinyan, Anait Avanesyan, Romans Petrosyan, Ovanes Arutyunyan, Akop Simidyan, Qnel Sanosyan, Ambarçum Matevosyan, Diana Qasparyan, David Gevorqyan,  Narek Mkrtçyan, Aram Xaçatryan, Ararat Mirzoyan, Armen Pambuxçyandır. Bundan əlavə, “Ermənistan” blokundan olan Robert Köçəryan və Mariana Epremyan da deputat mandatından imtina edib.скачать dle 12.1