Bia.Az

BMT on ildə Əfqanıstanda ölən və yaralananların sayını açıqladı

Dünya
 22-02-2020, 11:26     816

BMT on ildə Əfqanıstanda ölən və yaralananların sayını açıqladı“BMT-nin Əfqanıstana Yardım Missiyası 2009-cu ildə sistematik hesablama aparmağa başlayandan bu günə qədər 100 mindən çox mülki qurban qeydə alınıb, o cümlədən 35 min nəfər ölüb, 65 min nəfər yaralanıb”.

“bia.az” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstana Yardım Missiyasının (UNAMA) hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, münaqişənin təsir dərəcəsi göstərilən rəqəmlərdən də çoxdur, burada ayrı-ayrı şəxslərin, ailələrin və icmaların fiziki, psixi, sosial və iqtisadi rifahına vurulan hərtərəfli və uzunmüddətli zərər nəzərə alınır.

Qeyd olunur ki, 2019-cu ildə Missiya dinc əhali arasında 10 392 silahlı münaqişə qurbanı qeydə alıb. Bunlardan 3 403 nəfər ölüb, 6 989 nəfər yaralanıb. Bu rəqəm 2018-ci ilə nisbətən 5% azdır. Belə ki, 2018-ci ildə münaqişə qurbanlarının ümumi sayı 10 994 nəfər olmuşdu. Eyni zamanda mövcud məlumatlar 2013-cü ildən bu yana dinc əhali arasında ən aşağı itki səviyyəsini göstərir.

“Bu azalma İŞİD-in əməllərinin qurbanlarının sayının azalması ilə əlaqədardır. Digər tərəflərin, xüsusən də “Taliban” silahlılarının və beynəlxalq silahlı qüvvələrin fəaliyyəti nəticəsində mülki itkilər artıb”, - məlumatda bildirilir.скачать dle 12.1