Bia.Az

Lukaşenkoya rəqib olmaq istəyən bankirə hökm oxundu

Dünya
 6-07-2021, 13:29     237

Belarus Ali Məhkəməsi iyulun 6-da ölkə prezidentliyinə sabiq iddiaçı Viktor Babarikonu 14 il müddətinə azadlıqdan məhrum edib. O, külli miqdarda rüşvət almaqda və çirkli pulların yuyulmasında təqsirli bilinib.

Novator.az bildirir ki, 1963-cü il təvəllüdlü Viktor Babariko 2000-2020-ci illərdə ölkənin ən böyük banklarından olan Belqazprombankın İdarə Heyətinə sədrlik edib. O, 2020-ci ilin prezident seçkisində namizədliyini irəli sürəndən sonra tutulub. İttihama görə, Viktor Babariko onunla birgə tutulanlarla yanaşı 2004-2020-ci illərdə bəzi kommersiya müəssisələrindən qanunsuz pul mükafatları alıb.

Viktor Babariko 2020-ci ilin prezident seçkisi ərəfəsində Aleksandr Lukaşenkonun əsas rəqibi sayılıb. May ayında o, prezidentliyə namizəd olmaq üçün Belqazprombankın İdarə Heyətinin sədri postundan istefa verib, seçki yarışına girəndən az sonra – iyun ayında həbs edilib.

1954-cü ildə doğulan Aleksandr Lukaşenko 1994-cü ildən Belarus prezidentidir. İlk dəfə 5 il müddətinə seçilən Aleksandr Lukaşenko 1996-cı il referendumu ilə səlahiyyət müddətini 2001-ci ilədək uzadıb. 2001-ci ildə o, ikinci dəfə prezident kürsüsünə yiyələnib. 2004-cü il referendumunda bir nəfərin iki dəfədən çox prezident seçilməsinə məhdudiyyət götürülüb və Aleksandr Lukaşenko 2006, 2010 və 2015-ci illərin seçkilərinə də qatılaraq dövlət başçısı postunu əlində saxlayıb.

2020-ci il avqustun 9-da keçirilən prezident seçkisində Aleksandr Lukaşenko qalib elan edilib. İctimaiyyət seçkinin rəsmi nəticələri ilə barışmır, davamlı etiraz aksiyaları keçirir. ABŞ, Kanada, Böyük Britaniya, Avropa İttifaqı ölkələri, Ukrayna Aleksandr Lukaşenkonu legitim dövlət başçısı saymır.скачать dle 12.1