Bia.Az

Rusiya səfərbərliyə hazırlaşır? – “Bild” yeni məlumat əldə edib

Dünya
 21-04-2021, 14:32     589

Rusiyada yetkin yaşlı milyonlarla insana, həm kişilərə, həm də qadınlara bildiriş və elektron məktub göndərilməsinə başlanıb. Novator.az xəbər verir ki, bunu Almaniyanın “Bild” qəzeti yazıb.

Qəzetin əldə etdiyi məlumata görə, bildirişi, elektron məktubu alan hər bir rusiyalıdan öz hərbi mükəlləfiyyəti (hərbi xidmətə yararlı olub-olmaması, hansı hərbi ixtisasla qeydə alınması və sair) barədə yerli hakimiyyət orqanına bilgi vermək tələb edilir.

“Rusiya Ukrayna ilə açıq müharibəyə hazırlaşır?” yazan qəzet xatırladır ki, vaxtilə, soyuq müharibə dövründə Sovet İttifaqında bu prosedur səfərbərliyin ilkin mərhələsi hesab olunurdu.

2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişib, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyib. Bundan dərhal sonra Rusiya Ukraynanın Krım bölgəsini hərbi güclə tutaraq özünə birləşdirib və Donbasda iki separatçı rejimin əli ilə bu bölgənin bir hissəsini işğal edib. 2021-ci ildə Rusiya-Ukrayna münasibətləri yenidən gərginləşib, Rusiya qısa müddətdə Ukrayna ilə sərhədə və ilhaq etdiyi Krım yarımadasına 100 mindən çox qoşun yığıb.скачать dle 12.1