Bia.Az

Əlcəzairdə koronavirusdan ölüm faktı qeydə alındı

Dünya
 12-03-2020, 14:56     79

Əlcəzairdə koronavirusdan ölüm faktı qeydə alındıƏlcəzairdə koronavirusa yoluxmuş şəxs ölüb.

“bia.az” “Reuters”ə istinadən xəbər verir ki, bunu ölkənin dövlət radiosu açıqlayıb.

Məlumata görə, ölüm faktı yoluxmuş 20 şəxsdən birində qeydə alınıb.

Qeyd edək ki, Əlcəzairdə koronavirusa ilk yoluxma faktı martın 5-də aşkarlanmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 124 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 126 483-ə çatıb. Bunların 68 315 nəfəri sağalıb, 4 636 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.скачать dle 12.1