Bia.Az

Ermənistanın eks-prezidentləri və Qarabağ terrorçularının keçmiş başçıları bir araya gəldi

Dünya
 26-03-2021, 18:43     343

Ermənistanın eks-prezidentləri və Qarabağdakı separatçı-terrorçu rejimə rəhbərlik etmiş şəxslər martın 25-də, İrəvanda görüşüblər.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, görüşdə Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan, Arkadi Qukasyan və Bako Saakyan iştirak edib. Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan deyib ki, görüş zamanı müharibədən sonrakı vəziyyət və hadisələrin gələcək mümkün inkişafı müzakirə olunub.

Qeyd edək ki, eyni gündə baş nazir Nikol Paşinyan və XİN başçısı Ara Ayvazyan Qarabağ terrorçularının rəhbəri Araik Arutyunyanla görüşüb.

скачать dle 12.1