Bia.Az

PAŞİNYAN AZƏRBAYCANLA ƏLAQƏLƏRDƏN DANIŞDI - "Əgər kimsə desə ki, bu..."

Dünya
 21-03-2021, 21:04     240

Ermənistanın baş naziri Nikol Paşinyan bölgədəki düşmən əhval-ruhiyyəsinə son qoyulmasının zəruriliyini bildirib və bununla bağlı Azərbaycanla əlaqələrin bərpa olunmasının zəruriliyini vurğulayıb.

“Interfax” xəbər verir ki, bu barədə hökumət başçısı Ermənistanın Araqatsot vilayətinə səfəri zamanı danışıb.

Onun sözlərinə görə, tərəflər arasındakı neqativ münasibət problemi tez həll olunmayacaq: “Ancaq biz çalışmağa davam etməliyik və problemin həlli üçün metodlardan biri indi müzakirə etdiyimizdir – regional kommunikasiya və yolların açılmasıdır. Əgər kimsə desə ki, bu, yalnız Azərbaycana və ya yalnız Ermənistana xeyir edir – inanmayın. Azərbaycan Naxçıvanla kommunikasiya imkanını əldə etməlidir, biz isə Rusiya və İranla dəmir yolunu. Bu o deməkdir ki, ölkəmizin iqtisadiyyatı əhəmiyyətli dərəcədə dəyişəcək”.

N.Paşinyan onu da xüsusi vurğulayıb ki, Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, hazırda Qarabağla bağlı üçtərəfli bəyanatdan imtina etmək mümkün deyil.

Baş nazir, həmçinin Ermənistanda vətəndaş qarşıdurmalarının qarşısını aldığını bildirərək, hazırkı daxili siyasətdən söz açıb. O, iqtidara kimin gələcəyinə yalnız xalqın qərar verə biləcəyini söyləyib.

Bundan əlavə, Paşinyan ölkədən qaçmayacağını bəyan edib."Əgər xain olsaydım, çantalarımı yığıb qaçardım. Bir çox cəhətdən hökumətimizi günahlandırmaq olar, amma bu məsələlərə görə yox", - deyə baş nazir bildirib.

Xatırladaq ki, Ermənistan, Azərbaycan və Türkiyə arasında kommunikasiyaların açılması Ermənistan, Azərbaycan və Rusiya liderlərinin noyabrın 10-da qüvvəyə minmiş Dağlıq Qarabağda atəşkəs haqqında üçtərəfli bəyanatında nəzərdə tutulub. Erməni cəmiyyətində bu Qərarın xeyri və ya ziyanı barədə yekdil fikir yoxdur.скачать dle 12.1