Bia.Az

SON DƏQİQƏ!!! MÜDAFİƏ NAZİRİNDƏN SENSASİYALI ACIQLAMA - Ölkə kimyəvi hücum təhlükəsi qarşısında...

Dünya
 9-03-2021, 12:45     1 649

Çağdaş dövrdə kimyəvi silah hazırlamağın yollarını internetdən asanca öyrənmək mümkündür.

Novator.az saytı “Sky News” kanalına istinadla xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bunu ciddi təhlükə kimi qiymətləndirib.

Nazir deyib ki, qeyri-dövlət subyektləri internetdən kimyəvi silah hazırlamağı öyrənə, sonra da öz ambisiyalarını reallaşdıra bilər.
Açıqlamasında nazir vaxtilə Britaniyanın Solsberi şəhərində baş vermiş zəhərlənməyə toxunub və bildirib ki, ölkədə indən belə də oxşar hadisələr törədilə bilər.

Solsberi hadisəsi 2018-ci il martın 4-də olub. Həmin gün Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki, Britaniyaya sığınmış Sergey Skripal və onun qızı Yuliya Skripal Rusiya istehsalı olan, sinir iflici törədən “Noviçok” maddəsi ilə zəhərləniblər.

Britaniya bu hadisədə Rusiya kəşfiyyatını günahlandırır. Rusiya tərəfi ittihamı rədd edir.

Ben Uolles vurğulayıb ki, Moskvanın Britaniya küçələrində qadağan olunmuş kimyəvi silahdan istifadə etməsi beynəlxalq hüquqa meydan oxumaqdır: “Solsberi hadisəsi dünya liderliyinə iddialı ölkələrin bəzən beynəlxalq hüquqa, suverenliyə məhəl qoymadığını və ən təhlükəli silah növünü bizim küçələrimizə çıxarmaq iqtidarında olduğunu göstərdi”.

Ben Uolles zəhərlənmə əməliyyatını həyata keçirənlərin nə vaxtsa mühakimə olunacağına ümid bəslədiyini söyləyib, amma bunun reallaşacağı ehtimalının az olduğunu da etiraf edib.

Nazir bildirib ki, Moskva kiber hücumlardan tutmuş silahlı muzdlularadək bütün imkanlardan yararlanaraq Britaniyaya qarşı kapmaniya aparır.

“Sky News” qeyd edir ki, müdafiə nazirinin açıqlaması “üzü dönmüş” dövlərlərin və terrorçu qruplaşmaların gələcəkdə Qərbə qarşı hücumlar həyata keçirmək üçün koronavirus infeksiyasından və bənzər təhlükəli vasitələrdən istafədə edə biləcəyinə dair xəbərdarlıqdır.


BİA.AZ
скачать dle 12.1