Bia.Az

Manukyana cinayət işi

Dünya
 5-03-2021, 00:04     497

Ermənistanda Vətəni Xilas Hərəkatında birləşmiş müxalifətin lideri Vazgen Manukyana cinayət işi qaldırılıb. Siyasətçi konstitusiya quruluşunu zorla dəyişdirməyə açıq çağırışlarda ittiham olunur.

 Novator.az-ın məlumatına görə, martın 4-də Ermənistan İstintaq Komitəsi siyasətçi barəsində başqa yerə getməmək qətimkan tədbiri seçib.

Bir qrup müxalif partiya Qarabağ razılaşmasından narazı qalaraq baş nazir Nikol Paşinyanın istefası tələbini irəli sürür. Onlar Vazgen Manukyanın müvəqqəti baş nazir olmasını, növbədənkənar parlament seçkisi keçirilməsini istəyir.
1946-cı il təvəllüdlü Vazgen Manukyan Azərbaycan torpaqlarının işğalının əsas ideoloqlarından, 1988-ci ildə yaradılan “Qarabağ” komitəsinin qurucularından, Erməni Ümummilli Hərəkatının liderlərindən olub.
1990-cı ilin mayında parlamentin üzvü seçilib, avqust ayından hökumətə rəhbərlik edib.
1991-ci il noyabrın 22-də baş nazir postundan gedən Vazgen Manukyan Milli Demokrat İttifaqı adlı siyasi qurum yaradıb.
1992-ci ilin sentyabr ayından dövlət naziri, oktyabrın 20-dən 1993-cü il avqustun 21-dək müdafiə naziri postunu tutub.
1995-ci ildə parlamentin deputatı seçilib, 1996-cı ildə prezident seçkisində müxalifətin əsas namizədi olub.
2008-2019-cu illərdə Ermənistan İctimai Şurasına rəhbərlik edib.
2018-ci ilin aprelindən Ermənistanda icra hakimiyyətinin ali orqanı Nazirlər Kabinetidir, dövlət idarəçiliyinə rəhbərliyi baş nazir həyata keçirir. Nazirlər Kabineti üzvlərinin təyinatı baş nazirin təqdimatı ilə gerçəkləşir.
1975-ci il təvəllüdlü Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasının lideridir. 2018-ci il mayın 8-dən baş nazirdir.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək istəyi ilə təcavüzə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunub. Bunun ardınca müharibə alovlanıb. 1994-ci ilin mayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı bölgələri işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.
Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putinin noyabrın 10-da açıqlanan birgə bəyanatı ilə hərbi əməliyyatlar dayandırılıb.
Dağlıq Qarabağda təmas xətti və bölgə ilə Ermənistan arasında əlaqəni təmin edən Laçın yolu boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib.
Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.
Bu il fevralın 23-də Ermənistan televiziyalarının birinə müsahibə verən baş nazir Nikol Paşinyan ötən ilin payızındakı Qarabağ müharibəsi zamanı ölkəsinin Rusiya istehsallı “İskəndər” raketləri tətbiq etdiyini, ancaq bu silahın gözlənən effekti vermədiyini deyib. Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin birinci müavini Tiran Xaçatryan bu açıqlamanı lağa qoyub. Fevralın 24-də prezident Armen Sərkisyan Nikol Paşinyanın təqdimatını nəzərə alaraq Tiran Xaçatryanı vəzifədən çıxarıb.
Fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yayaraq Nikol Paşinyanın istefası tələbini irəli sürüb. Baş Qərargahın rəisi Onik Qasparyanın, onun müavinlərinin, idarə rəislərinin, iri hərbi birləşmələrin komandirlərinin imzaladığı bəyanatda Tiran Xaçatryanın Baş Qərargah rəisinin birinci müavini postundan çıxarılmasına etiraz bildirilib.
Hərbçilərin bəyanatı Nikol Paşinyanın sərt etirazına səbəb olub. O, bəyanatı dövlət çevrilişi cəhdi kimi qiymətləndirib, baş nazir Onik Qasparyanın da vəzifədən götürülməsi üçün prezident Armen Sərkisyana təqdimat verib.
Vətəni Xilas Hərəkatı isə Nikol Paşinyanın istefası tələbinə dəstək verir. Fevralın 25-dən paytaxtda, parlament binasının qarşısında oturaq aksiya keçirilir.
Nə imzalanıb?
Sülh razılaşması Ermənistanı qarışdırıb
Nikolun yerinə Vazgen?
Nə bəyan olunub?
Ağdamda Türkiyə-Rusiya mərkəzi
Ermənistan Qarabağa əsgər göndərməyi dayandırdı
 Ermənistanda dövlət çevrilişi ehtimalı
Köçəryan istefa tələbinə dəstək verdi
Ermənistandakı gərginlik Bakıdan necə görünür?
Paşinyan müqavimət qarşısında dirənir
Paşinyan qələbəliyi nə deməkdir?
Ermənistan 2018-ci ilə dönür?
Təqdimat yenə imzalanmadı, amma Qasparyan gedirскачать dle 12.1