Bia.Az

İndi isə “böcək-dronlar” döyüşə atılır...

Dünya
 7-02-2021, 15:32     397

İsrailin SpearUAV şirkəti Hindistanın “Paras Aerospace” şirkəti ilə niyyət memorandumu imzalayıb. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, memorandum İsrail şirkətinin Hindistan hüquq-mühafizə orqanlarının və ordusunun ehtiyacları üçün Ninox 40 pilotsuz sistemlərini təchiz etməsini nəzərdə tutur.

Memorandum Aero İndia-2021 beynəlxalq sərgisi çərçivəsində imzalanıb. Ninox 40 pilotsuz sistemləri ilk dəəf bu sərgidə nümayiş etdirilib.



İsrail pilotsuz sistemlərin, o cümlədən döyüş pilotsuz aparatların istehsalı üzrə dünyada lider ölkələrdən biridir. Bəlli olduğu kimi, İsrail şirkətləri Azərbaycan ordusunu da dronların müxtəlif tipləri, o cümlədən ikinci Qarabağ mühairəbəsindən ermənilərə yaxşı tanış olan “Harop” və “Harpi” kamikadze-dronlarını ilə təchiz edir.
Ekspertlər qeyd edirlər ki, Hindistan hərbçilərinin İsrailin təqdim etdiyi həmin mini-drona olan yüksək marağı onun bir neçə kilometr hündürlüyə qalxa bilməsi ilə əlaqəlidir. Bu mini-dron Hindistan ordusuna onları yüksək dağlıq ərazilərdən keçən sərhəd zonasında tətbiq etməyə imkan verəcək. Dron sərhəd boyu patrul müşahidəsi aparmağa, xilasetmə və hərbi əməliyyatlarda istifadə oluna bilər.

Ninox 40 o qədər kiçikdir ki, onu böcəklə də müqayisə etmək olar. Bu qurğunun çəkisi 250 qramdır və bir operatorun istifadəsi üçün nəzərdə tutulub. Yığılımış variantda dronun diametri 4 santimetr təşkil edir. Bu cür kiçik ölçü operatora imkan verir ki, dronu qumbaraatanın köməyi ilə havaya buraxsın və onu qumbarlarla birlikdə qablaşdırsın.
 Havaya buraxılarkən dron minimal sürət yığır və pərləri olan dörd kronşteyni açılır. Bu hissələr kompozit materiallardan hazırlanıb. Elektrik mühərriki və akumlyatoru hesabına dron havada 40 dəqiqəyə qədər qala bilir. Gündüz və gecə rejimli universal kamera ilə təchiz edilən dron miniatür pultla idarə olunur, operatorun planşetinə dəqiq mənzərəni ötürür. İstehsalçılar bildirirlər ki, dron bir saniyədə 100 kilometr sürət yığa bilir və müstəqil şəkildə zirehli transportyoru, hətta tankı vurmaq imkanındadır.

Bu cür taktiki-texniki göstəriciləri ilə yanaşı dron potensial müştəriləri həm də qiymətinin aşağı olması ilə cəlb edə bilərdi.
Ekspertlər mini-dronun daha bir funksiyasını qeyd edirlər: onun köməyi ilə nümayişçiləri dağıtmaq və etiraz aksiyalarında qayda yaratmaq olar. Ninox 40 İsrail şirkətinin bu tipdən olan ən kiçik dronlarıdır. Şirkət çəkisi 700 qram olan Ninox 66 dronları da istehsal edir ki, onları zərbə pilotsuz aparatı qismində istifadə etmək olar. İstehsal xəttinin flaqmanı isə 1.5 kiloqrama qədər yük daşıya bilən “Ninox 105” dronlarıdır.
Qeyd edək ki, İsrail ordusu da dünyanın bir çox qabaqcıl ölkələrinin orduları kimi Qarabağdakı döyüş əməliyyatlarının təcrübəsini diqqətlə öyrənir. Xüsusən də bu müharibədə müxəlif tipli dronların və yüksək dəqilikli silahların effektiv şəkildə tətbiq edilməsi İsrail ordusunda da döyüş əməliyyatları konsepsiyasını dəyişmək üçün istifadə olunur.
Virtualaz.org
 
 
скачать dle 12.1