Bia.Az

Latviya rəhbər qadınların sayına görə Aİ-də birinci yerdədir

Dünya
 10-03-2020, 12:52     388

Latviya rəhbər qadınların sayına görə Aİ-də birinci yerdədir
Latviya kişilərə nisbətən qadın rəhbərlərin daha çox olduğu yeganə Avropa İttifaqı (Aİ) ölkəsidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi “Eurostat” məlumat yayıb.
Agentliyin məlumatın əsasən, avropa ölkələrində rəhbərlərin yalnız 37 faizini qadınlar təşkil etdiyi halda, Latviyada bu göstərici 53 faizinə bərabərdir.
Bildirilir ki, reytinqdə Latviyanı Bolqarıstan (49 faiz), Polşa (48 faiz), Estoniya (465), Sloveniya (44 faiz), Litva, Macarıstan və İsveç (42 faiz), İrlandiya (41 faiz) və Portuqaliya (40 faiz) izləyir.
Latviyada top-menecer rəhbərlərin arasında qadınların sayı 29 faiz təşkil edir. Bu göstərici üzrə o, Rumıniya (34 faiz), Estoniya (33 faiz) və Litvadan (30 faiz) geri qalır.
Ən az qadın top-menecer Lüksemburq (6 faiz), Avstriya (8 faiz) və Çexiyadadır (11 faiz).скачать dle 12.1