Bia.Az

SARQSYANIN KÜRƏKƏNİ YENƏ “COŞDU” – “Xalq ölkəyə, hakimiyyət xalqa, dünya isə Ermənistana tüpürüb...”

Dünya
 23-01-2021, 14:16     137

Ermənistanın Vatikandakı sabiq səfiri, Nikol Paşinyanın ən qatı əleyhdarlarından biri, sabiq prezident Serj Sarqsyanın kürəkəni Mikael Minasyan özünün sosial şəbəkə səhifəsindəki son paylaşımında erməni xalqını ittiham və hətta təhqir edib.

“AzPolitika.info” xəbər verir ki, erməni mətbu orqanlarının da dərc etdiyi həmin paylaşımda Minasyan Ermənistanın son dövrlər başına gələnlərdə erməni xalqının heç də Paşinyan hökuməti və beynəlxalq birlikdən az günahkar olmadığını yazıb: 

“Xalq öz ölkəsinə tüpürür. Səbəblər fərqlidir. Bir hissəsi ona görə tüpürür ki, ölkədən getməyə hazırlaşır, digər hissəsi nifrət hissindən kor olub, daha bir hissəsi ağrıdan, qeyri-müəyyənlikdən, aclıqdan və kədərdən tüpürür. Ancaq beyni olmayan xoşbəxtlər də var. Buna baxmayaraq, səbəblər fərqli olsa da, nəticə eynidir. Ölkəni parçalayırlar, hər şey verilir, düşmənlər həzz alır, qarşıdurma isə yoxdur...”

Minasyan yazır ki, ermənilər öz ölkələrinə göstərdikləri biganə münasibətə görə, bu gün düşdükləri duruma layiqdirlər:

 “Xalq ölkəyə, hakimiyyət xalqa, dünya isə Ermənistana tüpürüb. Dünya Artsaxın (Qarabağ-red.) necə məhv edilməsini sakitcə müşahidə etdi, xarici borcun şişirdilməsini alqışladı və bundan pul qazandı, Ermənistanı sürətlə anti-Rusiya platsdarmına çevirir və onu Türkiyənin Avropaya təsirinə qarşı “xırda qəpik” kimi istifadə edir...”

Minasyan yazır ki, müxalifət nəsə etməyə çalışsa da, xalq yerindən tərpənmədi və ona görə də müxalif siyasi qüvvələr küçələrdə xalq üçün “donmaqdan” vaz keçdi. O, yazısında bildirir ki, erməni xalqı bugünkü alçaldıcı duruma düşməyi öz biganə davranışları ilə haqq edib.

Maraqlıdır ki, bütün bunları yazan, Ermənistanın dağılmasına, ermənilərinsə ac-yalavac qalmasına etiraz edən sabiq səfirin özü Avropada lyuks həyat sürməkdə davam edir və daha çox qaynatası Serj Sarqsyanın yığdığı pulları “əritməklə” məşhurdur.скачать dle 12.1