Bia.Az

Rokfeller Fondu pandemiya barədə 10 il əvvəl xəbər verib - Fantastk “peyğəmbərlik”

Dünya
 18-01-2021, 15:30     353

Dünyanın ən varlı ailələrindən biri planetdə mutasiya edən virusun yaratdığı qlobal epidemiyanı 10 il əvvəldən «proqnoz edibmiş». Belə informasiya Rokfeller Fondunun hesabatında yer alıb, PRAYM isə ondan sitat gətirir.

2010-cu ilin mayında çap olunmuş «Gələcək texnologiyalar və beynəlxalq inkişaf ssenariləri» hesabatında deyilir ki, planet sakinlərinin 20 faizə yaxını yeni «qaz qripi» ştammına yoluxa bilər. Hesabatda yoluxdurucu fövqəladə patogen və ölümcül təhlükəli kimi qiymətləndirilir.

Hətta pandemiyaya ən hazırlıqlı ölkələr belə, virusa qarşı dura bilmirlər - Rokfellerlər qeyd edirlər ki, bu epidemiyadan 8 milyona yaxın insan həlak olur. Eyni zamanda, Çinin reaksiyası, təxminən, həqiqətdəki kimi olur - 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlindəki kimi. Hesabatda təsvir olunur ki, Çin hökuməti tez bir zamanda bütün vətəndaşlar üçün məcburi karantin tətbiq edir və anidən, demək olar, hermetik olaraq, bütün sərhədləri bağlayır - bu, milyonlarla insanı xilas edir.

Virusun iqtisadiyyata təsiri də öncədən xəbər verilir: həm insanların, həm də əmtəələrin beynəlxalq mobilliyi dayanır ki, bu da turizm kimi sektorların tənəzülünə və qlobal tədarük zəncirinin pozulmasına səbəb olur.


Koronavirus pandemiyasında olduğu kimi, adətən səs-küylü mağazalar və ofislər aylarla boş qalır, personaldan və müştərilərdən məhrum olur. Çin isə bu ssenariyə görə, xəstliyin yayılmasının qarşısını digər dövlətlərdən xeyli əvvəl ala bilir, üçtəlik də pandemiyadan sonra sürətli bərpanı təmin edir.

Müəlliflər Rokfeller Fondunun gəldiyi nəticələrin nə üçün bugünkü gerçəkliklə üst-üstə düşdüyünü izah etmilər. Ancaq fakt faktlığında qalır - fantastik peyğəmbərlik gerçəkləşir - deyə, məqalədə qeyd olunur.
Bu günə, Rokfellerlərin sərvəti barədə dəqiq məlumat yoxdur. Mümkün bir qiymətləndirməyə görə onların sərvəti 300 milyard dollar təşkil edir.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl yayılan bir xəbərə görə, Peru məhkəməsi dünyanın bir neçə milyarderini, o cümlədən, Rokfellerlər ailəsini Covid-19 koronavirusunun yaradıcısı elan edib.

Mirzə AĞскачать dle 12.1