Bia.Az

“BÖYÜK ƏRAZİLƏRİ İTİRDİK, ACLIQ OLACAQ” – “Təkcə oktyabrda 500 milyon dollar havaya sovrulub”

Dünya
 4-01-2021, 18:07     354

Ermənistanın sabiq baş naziri Qrant Baqratyan yaxın zamanda ölkəsinin olduqca ağır sosial-iqtisadi durumla, hətta aclıqla üz-üzə qalacağını deyib.

”AzPolitika.info” xəbər verir ki, İrəvanda mətbuat konfransı keçirən Baqratyan Ermənistanın kənd təsərrüfatı sektorunun ağır zərbə aldığını, böyük itkilər verdiyini söyləyib.

Sabiq baş nazirin sözlərinə görə, müharibədə uduzan Ermənistan minlərlə hektar əkin sahəsi və maldarlıq üçün yararlı əraziləri itirib. Bunun nəticəsində ölkədə real ərzaq qıtlığının yaranması perspektivi olduqca yüksəkdir: “Bizdə mart, aprel, may aylarında aclıq ola bilər. Məsələ ondadır ki, bizim böyük ərazi itkilərimiz olub.”

İşğal olunmuş Azərbaycan ərazilərini nəzərdə tutan Baqratyan deyib ki, torpaqlar Azərbaycana təhvil verildikcə, Ermənistanın kənd təsərrüfatı öz potensialını hissə-hissə itirmiş olub.

Sabiq baş nazir həmçinin Mərkəzi Bankın fəaliyyətini tənqid edib: 

“Təkcə oktyabr ayında Mərkəzi Bank 500 milyon dolları havaya sovurub”. Böyük ehtimalla ermənilərin milli valyutası olan dramın kursunun saxlanması üçün xərclənən valyutanı nəzərdə tutan Baqratyan bu gedişlə Ermənistanın olan-qalan valyuta rezervlərinin də tam əriyəcəyini söyləyib.скачать dle 12.1