Dunayda suyun səviyyəsi kəskin azaldı
Avropada müşahidə olunan anomal istilər Macarıstanda Dunay çayında suyun səviyyəsinin kəskin enməsinə səbəb olub.
Axar.az xəbər verir ki, bu barədə ölkənin Su Təsərrüfatı İdarəsi məlumat yayıb.
Məlumata görə, iyulun 19-da Budapeşt ərazisində Dunayın su səviyyəsi 2018-ci ilin oktyabrında qeydə alınan rekord minimum göstəricidən cəmi 24 santimetr yüksək olub.
Bildirilir ki, aşağı su səviyyəsi gələn həftənin sonunadək davam edəcək və bu vəziyyət ölkənin cənub bölgələrində, o cümlədən Baya və Moxaç şəhərlərində də müşahidə olunur.
Suyun azalması gəmiçiliyə, xüsusilə turizm kruizlərinə mənfi təsir göstərib





