Bia.Az

ABŞ qüvvələri daim risk altındadır - Arakçı

Dünya
 Bu gün, 01:38     31

Ərazimizə yaxın olan xarici qüvvələr öz səhvləri, təsadüfi insidentlər və ya qarşıdurma zonasına düşmək ehtimalı səbəbindən daimi risk altındadırlar.

Axar.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Arakçı X səhifəsində yazıb.

İranlı nazirin sözlərinə görə, risklərin azaldılmasının ən yaxşı yolu həmin qüvvələrin bölgəni tərk etməsidir.

O bildirib ki, İran diplomatiya dilinə üstünlük verir, lakin zərurət yaranarsa başqa üsullardan da istifadə etməyi bacarır.

Qeyd edək ki, İran silahlı qüvvələri ABŞ-a məxsus “AH-64 Apaçi" zərbə helikopterini Hörmüz boğazı üzərində vurub.скачать dle 12.1