“Son vaxtlar, qorxuram ki… – Putin
Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı hərbi əməliyyatlarla bağlı yeni açıqlama verib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Putinin sözlərinə görə, Rusiya ordusu son dövrlərdə Ukrayna ərazisində əhəmiyyətli irəliləyiş əldə edib və əlavə əraziləri nəzarətə götürüb.
“Son vaxtlar, qorxuram ki, yanılaram, amma Rusiya ordusu təxminən 2 min 440 kvadrat kilometr ərazini nəzarəti altına alıb”, – deyə o bildirib.
Rusiya lideri hərbi əməliyyatların davam etdiyini və ordunun qarşıya qoyulan tapşırıqları yerinə yetirdiyini vurğulayıb.





