Tezliklə Ukraynaya hərbi yardım göndərəcəyik - Rubio
ABŞ administrasiyası Konqres tərəfindən əvvəllər təsdiq edilmiş 400 milyon dollarlıq paketin bir hissəsi olaraq Ukraynaya tezliklə hərbi yardım göndərməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
“Düşünürəm ki, tezliklə bununla bağlı xəbərləri görəcəksiniz”, - deyə o bildirib.









