Bia.Az

“DAĞLIQ QARABAĞ AZƏRBAYCANIN AYRILMAZ HİSSƏSİDİR” - Putin +VİDEO (Yenilənib)

Dünya
 17-12-2020, 19:18     401

Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi ənənəvi illik mətbuat konfransında Dağlıq Qarabağ məsələsindən də danışıb. Bildirib ki, sebtyabrın 27-də münaqişənin kənardan müdaxilə ilə alovlanması barədə deyilənləri düzgün saymır. Çünki gərginlik illərdir davam edirdi.

“Situasiya nəzarətdən çıxdı. Bu gərginlik bir çox illər ərzində davam edirdi. Hesab etmirəm ki, müharibə kənardan hansısa müdaxilə ilə başladı. Dəfələrlə atışmalar, xırda toqquşmalar olmuşdu. Sonda bütün bunlar münaqişəyə gətirib çıxardı. Rusiyanın mövqeyi həmişə bundan ibarət idi ki, hər hansı qan axıdılmasına yol vermədən tərəflər razılaşmaya gəlməlidir”,-o deyib.
Virtualaz.org-ın məlumatına görə, Putin əlavə edib ki, Rusiya həmişə Dağlıq Qarabağ ətrafındakı yeddi rayonunun Azərbaycana qaytarılmalı olduğunu bildirib. Bundan əlavə, regionda status-kvo qeydə alınmalıydı. “Türkiyənin mövqeyi isə Azərbaycanın haqq işinin müdafiəsinə əsaslanır. Ankara ərazilərin Bakıya qaytarılmasında israr edirdi. Ermənistan Qarabağı tanımadı. Beynəlxalq hüquq nöqteyi-nəzərindən bu Azərbaycan ərazisidir”,-  Rusiya prezidenti bildirib.
Putin qeyd edib ki, münaqişə tərəfləri üçtərəfli razılaşma əldə olunan andakı mövqelərində qalmalıdır. O habelə qeyd edib ki, Qarabağın statusu dəyişməz qalmalıdır və gələcəkdə həll olunacaq.
Rusiya prezidenti üçtərəfli razılaşmanın əldə olunmasından sonra Qarabağda atəşkəsin pozulması hallarının çox az olduğunu bildirib. Ümid edib ki, bundan sonra da belə olacaq. Habelə o, beynəlxalq vasitəçiləri də “sözdən işə keçməyə” çağırıb.
“Biz ümid edirik ki, beynəlxalq müşahidəçilər də işə qoşulacaqlar, çünki təkcə Rusiya bunu etməli və humanitar yardımları göndərməli deyil”,-o bildirib.
Prezident bildirib ki, bölgədə hərbi əməliyyatların tamamilə dayandırılması barədə 9 noyabr tarixində imzalanan birgə bəyanatın qüvvəyə minməsindən sonra Dağlıq Qarabağda atəşkəs bir dəfə pozulması baş verib. 
Putin ümid edir ki, daha belə hallar olmayacaq: “Atəşkəs pozuntularının baş verməsi - bu, yalnız bir dəfə baş verdi. Ümid edirəm ki, bir də təkrar olunmayacaq. Bütün razılaşan tərəflər bizim və Minsk qrupunun (ATƏT) vasitəçiliyi ilə danışıqlar masasına otura biləcəklər. Əsas odur ki, proses başlanmalı və müsbət nəticə ilə başa çatmalıdır”.


скачать dle 12.1