Livana hücum: İsrail əsgərləri həlak oldu
Livanın cənubunda döyüş əməliyyatları zamanı iki İsrail əsgəri həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Sərhəddə “Hizbullah”la davam edən toqquşmalar fonunda Livanın cənubunda döyüşlər zamanı iki əsgər həlak olub”, – bəyanatda deyilir.
Beləliklə, İsrail və Livan arasında təkrar eskalasiyanın başlanmasından bəri həlak olan İsrail əsgərlərinin sayı dördə çatıb. Onlardan ikisi martın 8-də həlak olub.
Agentlik qeyd edib ki, “Hizbullah” və İsrail arasındakı münaqişə ABŞ və İsrailin İrana qarşı müharibəsinin ən qanlı yan təsirinə çevrilib.









