Bia.Az

İsrail ordusu daha bir ölkəyə daxil oldu: qoşunlar irəliləyir, ərazilər tutulur – VİDEO

Dünya
 3-03-2026, 17:15     526

İsrail Livanın cənubundakı işğal zonasını genişləndirir.
Zirehli maşınlar Livan ərazisinin daxilinə doğru hərəkət etməyə başlayıb.
İsrail ordusu bu addımı “Hizbullah”ı sərhəddən uzaq tutmaq məqsədi ilə əlaqələndirir.

***

İsrail ordusunun Livana girməsindən sonra Qərbi Qalileyada bəzi yaşayış məntəqələrinə “Hizbullah“a məxsus PUA-ların daxil olması ilə bağlı xəbərdarlıq edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Kanal 12″məlumat yayıb.

Buraxılan pilotsuz uçuş aparatları cənub-şərq istiqamətində irəliləyib.

Yuxarı Qalileya və Orta Qalileyada bəzi yaşayış məntəqələrində həyəcan siqnalı verilib.

***11:23
İsrail quru qoşunları Livanın cənubuna daxil olub.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” televiziyası məlumat yayıb.
“Hazırda quru qoşunları ərazidə bir neçə məntəqəni nəzarətdə saxlayır”, – məlumatda bildirilib.
İsrail Müdafiə Qüvvələri “Hizbullah“a qarşı əməliyyatların güclənəcəyini açıqlayıb.скачать dle 12.1