Bia.Az

Paşinyanın mətbuat katibi baş nazirin istefası xəbərinə münasibət bildirdi

Dünya
 14-12-2020, 01:33     445

Ermənistanın baş naziri Nikol Paşinyanın vəzifəsindən istefa verməsi barədə söz-söhbətlər qeyri-ciddidir.


“Report” xəbər verir ki, bu barədə Nikol Paşinyanın mətbuat katibi bildirib. O, qeyd edib ki, qeyri-ciddi xəbəri təkzib etməyə ehtiyac yoxdur.


"İstefa haqqında xəbərlər o qədər qeyri-ciddidir ki, şərhə ehtiyac duyulmur", - baş nazirin mətbuat katibi Mane Qevorqyan deyib.
Dünən bir sıra teleqram kanallarda Paşinyanın istefaya getməsi barədə məlumat yayılıb.


Xatırladaq ki, artıq bir aydan çoxdur Ermənistan müxalifəti ölkədə kütləvi aksiyalar keçirərək Nikol Paşinyanın istefasını tələb edir. Aksiyalar zamanı dəfələrlə polis əməkdaşları ilə müxalifətçilər arasında toqquşmalar baş verib. Nəticədə onlarla insan xəsarət alıb. Mitinqlər yüzlərlə müxalifətçinin saxlanılması ilə müşayiət olunub.скачать dle 12.1