Trampın addımı iranlıları qəzəbləndirdi
İranda mövcud hakimiyyətə qarşı mənfi münasibət bəsləyən insanlar ABŞ prezidenti Donald Trampın rejimlə danışıqlara getmək qərarını xainlik kimi qiymətləndirirlər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Al-Monitor” nəşri məlumat yayıb.
Nəşri xatırladır ki, təxminən bir ay əvvəl Tramp İranda etirazçılara dəstək vəd etmişdi. Lakin indi məhz o, nüvə məsələləri üzrə Tehranla danışıqlara ABŞ nümayəndə heyətini göndərib. Bu, ABŞ-dan kömək gözləyən bəzi iranlılar arasında xəyanət hissi yaradıb.
“ABŞ prezidenti bizi aldatdı. Biz yeni saziş üçün yol açanlar olmamalı idik,” – deyə bir iranlı bildirib.
Qeyd edək ki, Tramp etirazlar başlandıqdan və hakimiyyətin onları sərt şəkildə yatırmasından sonra etirazçılara yardım vəd edib. Daha sonra o və administrasiyası diplomatik prosesə qoşularaq gərginliyi azaltmaq və ABŞ–İran münasibətlərində siyasi həll yolları tapmaq üçün danışıqlara gedib.









