Bia.Az

Lavrovdan Avropaya mesaj: “Hücum olarsa, cavab bütün vasitələrlə veriləcək”

Dünya
 9-02-2026, 01:24     541

Rusiya XİN rəhbəri Sergey Lavrov Rusiyanın Avropaya hücum planı olmadığını, ancaq zərurət yaranacağı təqdirdə “tammiqyaslı hərbi cavab” verməyə hazır olduqlarını bəyan edib. O, Avropadan Rusiyaya qarşı mümkün hücum ssenarisi olacağı halda, cavabın “xüsusi hərbi əməliyyat” formatında deyil, bütün mövcud hərbi vasitələrlə veriləcəyini vurğulayıb.

Musavat.com xəbər verir ki, Lavrov bu fikirləri NTV-də yayımlanan “İtoqi nedeli” proqramına verdiyi müsahibədən göstərilən fraqmentdə səsləndirib.

Lavrovun sözlərinə görə, “biz heç bir Avropaya hücum etməyə hazırlaşmırıq, buna ehtiyacımız yoxdur. Əgər Avropa… Rusiyaya hücuma başlasa, prezidentin dediyi kimi bu, bizim tərəfdən xüsusi hərbi əməliyyat olmayacaq. Bu, doktrinal sənədlərə uyğun olaraq bütün mövcud vasitələrlə tammiqyaslı hərbi cavab olacaq”.скачать dle 12.1