Bia.Az

Rusiya ilə danışıqlar üçün hazırlıq gedir - Makron

Dünya
 4-02-2026, 01:31     807

Ukraynadakı müharibə ilə bağlı Avropa ilə Rusiya arasında birbaşa danışıqların bərpası üçün hazırlıq işləri davam edir.

Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.

"Buna hazırlıq görülməlidir, ona görə də hazırda hazırlıq üçün texniki müzakirələr davam edir. Avropalıların öz rabitə kanallarını bərpa etmələri vacibdir, bu, texniki səviyyədə hazırlanır", - Makron vurğulayıb.

O qeyd edib ki, bu danışıqlar Ukrayna Prezidenti Vladimir Zelenski ilə razılaşdırılmalıdır.скачать dle 12.1