Bia.Az

Rusiya Ukraynada nə qədər irəlilədi? – Deep State açıqladı

Dünya
 2-02-2026, 00:51     868

Yanvar ayında Rusiya qoşunlarının Ukrayna ərazisində ümumilikdə 245 kvadrat kilometr irəlilədiyi bildirilir. Bu göstəricinin dekabr və noyabr ayları ilə müqayisədə təxminən iki dəfə az olduğu qeyd olunur.

Musavat.com xəbər verir ki, bu barədə ukraynalı hərbi resurs Deep State öz məlumatında yazıb.

Resursun məlumatına görə, ən çox hücumlar Pokrovsk, Qulyaypolye, Konstantinovka, Liman və Novopavlovka istiqamətlərində qeydə alınıb. Bildirilir ki, yanvarda ən sürətli irəliləyiş Slavyansk istiqamətində baş verib.

Mənbə “Slavyansk sahəsi”ni mənfi göstərici üzrə “rekordçu” adlandıraraq belə bir nisbət təqdim edir: “Hücumların 3%-i bu sahənin payına düşsə də, ərazi itkilərinin təxminən 20%-i məhz burada qeydə alınıb”.

Xatırlatma olaraq vurğulanır ki, Rusiya tərəfi bir neçə gün əvvəl Valeri Gerasimovin açıqlamasına istinadla Ukraynada ələ keçirilən ərazilərlə bağlı daha böyük rəqəm səsləndirmişdi: 500 kvadrat kilometrdən çox ərazi və 17 yaşayış məntəqəsi.скачать dle 12.1