Yerevanda aksiyaçılar Müdafiə Nazirliyinə gedən yolu bağlayb
Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən aksiya iştirakçıları Müdafiə Nazirliyinə gedən avtomobil yolunu bağlayıb.
“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.
Bildirilib ki, onlarla aksiyaçı “Nikol - satqın!” şüarını söyləyərək Yerevanın Moldovakan və Totoven küçələrinin kəsişməsində hərəkətin qarşısını alıb.