Bia.Az

Rusiya, ABŞ və Ukrayna arasında növbəti görüşün tarixi açıqlandı

Dünya
 27-01-2026, 01:09     646

Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında Əbu-Dabidə növbəti danışıqlar raundu fevralın 1-də baş tuta bilər.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Zelenski Əbu-Dabidən qayıdan Ukrayna nümayəndə heyətinin hesabatını dinləyib.

Onun sözlərinə görə, danışıqlar zamanı tərəflər müxtəlif hərbi məsələləri müzakirə etməyə nail olublar.

Qeyd edək ki, üçtərəfli görüş Əbu-Dabidə 23-24 yanvarda baş tutub.скачать dle 12.1