Bia.Az

ABŞ-ın İrana dəhşətli hücumu: ilk olaraq onları vura bilər – SİYAHI

Dünya
 26-01-2026, 01:49     914

İsrailin “Israel Hayom” nəşri ABŞİran münasibətlərində artan gərginlik fonunda mümkün ssenarilərlə bağlı məqalə dərc edib.


Globalinfo.az xəbər verir ki, bu barədə məqalə nəşrin saytında yayımlanıb.


Bildirilir ki, ABŞ Prezidenti cəmi bir həftə əvvəl verdiyi açıqlamada “İranda yeni liderliyə ehtiyac var” ifadəsini işlədib.


Qeyd olunur ki, ABŞ hərbi qüvvələrinin Yaxın Şərqdə cəmləşməsi fonunda Tehranda hansı yüksək rütbəli şəxslərin potensial risk altında ola biləcəyi müzakirə edilir.


“Israel Hayom”un iddiasına görə, mümkün hədəflər siyahısında İranın ali rəhbəri Əli XameneiSEPAH-ın yeni komandanı Məhəmməd Pakpur, fövqəladə qərargahın rəhbəri Qulaməli Rəşid, ordu komandanı Əmir Hatəmi, Ordu və SEPAH-ın Baş Qərargah rəisi Əbdürrəhim Musəvi, “Bəsic” milis qüvvələrinin komandanı Qulamrza Süleymani, “Qüds” Qüvvələrinin komandanı İsmayıl Qaani və Xameneinin müşaviri Əli Şəmxani yer alır.

скачать dle 12.1